Qadın oğluna verdiyi ada görə həbs OLUNDU

07.08.2026

Icma.az bildirir, Redaktor.az saytına əsaslanaraq.

Norveçdə çoxuşaqlı ana oğluna ölkə üçün qeyri-adi sayılan ad verdiyinə görə həbs edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "The Mirror" nəşri məlumat yayıb.

Bildirilib ki, hadisə 1998-ci ildə baş verib. 14 uşaq anası Kirsti Larsen doğuşdan bir müddət əvvəl yuxusunda ingilis dilində bir səsin ona övladına Bridge ("körpü") adını verməsini istədiyini eşidib.

Qadın oğluna həmin adın ivrit dilindəki qarşılığı olan Geşer adını vermək qərarına gəlib. Lakin Norveç hakimiyyəti bu adı ölkə üçün həddindən artıq xarici və qeyri-adi hesab edərək qeydiyyata almaqdan imtina edib. Həmin dövrdə ölkədə yeni doğulan uşaqlara gələcək həyatını çətinləşdirə biləcək adların verilməsini məhdudlaşdıran sərt qaydalar qüvvədə idi.

Larsen ailəsi məhkəmə vasitəsilə qərardan şikayət etsə də, nəticə əldə edə bilməyib. Rəsmi adın vaxtında qeydiyyata alınmamasına görə ailəyə təxminən 1,6 min Norveç kronu məbləğində cərimə tətbiq olunub.

Çoxuşaqlı ana cəriməni ödəməkdən imtina edərək bunun günahını etiraf etmək anlamına gəldiyini bildirib. Nəticədə məhkəmə cəriməni iki günlük həbs cəzası ilə əvəz edib.

NURİYYƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью