Qadın öldü, əri ağır vəziyyətdə xəstəxanaya aparıldı Video

05.12.2024

Icma.az, Sonxeber.az saytına istinadən bildirir.

Qadın öldü, əri ağır vəziyyətdə xəstəxanaya aparıldı - Video

Abşeronda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, dünən saat 21 radələrində Xırdalan-Saray yolunda minik avtomobili yolu keçən ər və arvadını vurub.

Nəticədə 1972-ci il təvəllüdlü Könül Novruz qızı Şeydayeva hadisə yerində dünyasını dəyişib. Onun həyat yoldaşı 1968-ci il təvəllüdlü Polad Şeydayev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hadisənin "VAZ" markalı avtomobil tərəfindən törədildiyi bildirilir.

Faktla bağlı Abşeron RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью