Qadın onu baltalayan ərini bağışladı... | Icma.az
Sonxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Qadın onu baltalayan ərini bağışladı...
Ötən il həyat yoldaşı M.Qasımovaya balta ilə xəsarət yetirən E.Qasımovun məhkəməsi başa çatıb.
"Qafqazinfo" xəbər verir ki, o, Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilinib.
Hadisə 7 avqust tarixində Naxçıvanın Şərur rayonunda qeydə alınıb.
Araşdırmalar zamanı məlum olub ki, 57 yaşlı E.Qasımov arvadına əsəbiləşərək balta ilə baş nahiyəsinə zərbə endirib: "İçki aludəçisi deyiləm.
Hadisəni törədəndə ayıq vəziyyətdə idim. İnsidentdən bir neçə gün əvvəl dostlarımla yeyib-içmişdim.
Evə gəldikdən sonra arvadım dayanmadan deyinir, ünvanıma xoşagəlməz sözlər deyirdi.
Mən də əsəbi olduğumdan və onu qorxutmaq üçün xəsarət yetirmək istədim. Lakin öldürmək niyyətim olmayıb.
Tam oxu
Xəbəri oxu