Qadın qatar yoluna düşdü İntervalda yubanma yarandı

28.08.2026

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

18:40 radələrində “Əhmədli” stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.

“Qafqazinfo” “Operativ media”ya istinadən xəbər verir ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb.

Sərnişinin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.

Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb.

Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью