Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir. Qubada “Azəriqaz” əməkdaşı zəhərlənmə faktına görə cəzalandırılıb.
Lent.az-ın məlumatına görə, rayonun Zərdabi qəsəbə sakini olan qadın yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Lakin xoşbəxtlikdən qadın xilas olunub. Belə ki, o, özünü pis hiss edən kimi hamamdan çıxıb və əri tərəfindən Quba rayon Mərkəzi Xəstəxanası
Hadisə ilə bağlı aparılan araşdırma zamanı Qubanın Zərdabi və Barlı qəsəbələrində qaz təsərrüfatının nəzarətçisi vəzifəsini daşıyan 21 yaşlı
İttiham aktına görə, onun vəzifəsi həmin qəsəbələrdəki evlərə ildə bir dəfə baxış keçirərək, qazla bağlı avadanlıqların düzgün quraşdırılmas
O, aşkar etdiyi nöqsanlar barədə akt yazmalı, 1 ay sonra nöqsan aradan qaldırılmadığı təqdirdə abonentə qazın verilməsi dayandırılmalıdır.
Lakin o, Zərdabi qəsəbəsində yerləşən evlərdən birinin hamam otağındakı su qızdırıcısına baxış keçirməyib və aktı özü dolduraraq, imzasını çəkib.
Bu əməlinə görə onun barəsində Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 314.1-ci (səhlənkarlıq) maddələri ilə cinayət işi başlanıb.