Qadın şahmat yığmamız dünya çempionatında Gürcüstanla qarşılaşacaq

21.11.2025

Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İspaniyanın Linares şəhərində keçirilən qadınlar arasında dünya çempionatında 1/4 final mərhələsi başlayır.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisi bu gün Gürcüstan yığmasına qarşı iki matçlıq seriyada mübarizə aparacaq.

Əgər bu qarşılaşmaların yekununda üstünlük əldə olunmasa, yarımfinalçı sabah keçiriləcək tay-breyk görüşündə müəyyənləşəcək.

Milli komandanın heyətində Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Gülnar Məmmədova və Ayan Allahverdiyeva yer alır. Komandanın kapitanı İlahə Qədimovadır.

Qeyd edək ki, dünya çempionatı 23 noyabrda başa çatacaq.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью