Qadın şahmatçılarımız erməni rəqiblərinə məğlub oldular

23.09.2026

Apasport portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın qadınlardan ibarət milli komandası Səmərqənddə keçirilən Ümumdünya Şahmat Olimpiadasında ikinci məğlubiyyətini alıb.

Apasport.az xəbər verir ki, yeddinci turda yığmamız Ermənistanla qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş rəqibin 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.

İlk lövhədə Ülviyyə Fətəliyeva Lilit Mkrtçyana uduzub. Dördüncü lövhədə Gülnar Məmmədova Susanna Qaboyaya qalib gəlib. Üçüncü lövhədə Xanım Balacayeva Elina Danielyana məğlub olub. İkinci lövhədə isə Gövhər Beydullayeva Maryam Mkrtçyanla heç-heçə edib.

Qeyd edək ki, Azərbaycan millisi bundan əvvəlki turda Qazaxıstana da 1,5:2,5 hesabı ilə uduzub.

“Quba Open 2026”ya yekun vurulub “Əldə edə biləcəyimiz ən yaxşı nəticə uğrunda mübarizə aparacağıq” AŞF-in prezidenti milli üzvləri ilə görüşüb “Quba Open 2026”ya start verilib Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimova Aşqabadda "ustad dərsi" keçib
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью