Qadın seçici olar, cəsarət cahillikdir

25.11.2026

Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Deyirlər ki, əkizlərin ahını alma. Çünki ahı ağırdır. Biz doğru sevənik. Əkizlər də iki cür olur. Bəzi tanıdıqlarımdan zəhləm gedir. Mənim kimi əkizlər milyonlarladır. Biz başqayıq. Ahdan qorxuram. Qorxağam. Dilim acıdır, bir söz deyirəm, səhərə qədər Allaha yalvarıram".

Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Röya Ayxan deyib. Bürcündən danışan müğənni eyni zamanda yeni klipindən bəhs edib.

"Qırmızı rəng qadınıyam. Heç vaxt peşman olmağı sevməmişəm, amma bu klipdə peşman oldum. Cahilliyimdən bir çox şeyləri yaşadım. O məni böyütdü. Peşmançılıq çəkən Röya var" deyə, ifaçı əlavə edib.

Röya cəsarətli olmadığını etiraf edib:

"Seçici biriyəm. Cəsarət ağılsızlıqdır. Cəsarət kişiyə aid olan xüsusiyyətdir. Əsgəri, hərbçini sevərəm. Qadınlıqda cəsarət, cahillikdir. Ona görə də seçici olmağı seçərəm".

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью