Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Fransada qadın səfirlər üçün nahar təşkil olunub.
Tədbirdə Fransanın birinci xanımı Bricit Makron və Azərbaycanın bu ölkədəki səfiri Leyla Abdullayeva iştirak ediblər.
XQ xəbər verir ki, bu barədə Leyla Abdullayeva sosial şəbəkə hesabında paylaşım edib.
Səfirin sözlərinə görə, nahar zamanı qadınlar, uşaqlar, təhsil və səhiyyə də daxil olmaqla, mühüm mövzular ətrafında səmimi müzakirələr aparılıb.
Leyla Abdullayeva görüşə və göstərilən qonaqpərvərliyə görə Bricit Makrona təşəkkürünü bildirib.
Qeyd edək ki, Azərbaycanın Fransadakı səfiri tədbirlə bağlı paylaşımını “X” sosial şəbəkəsində yayımlayıb.