Qadın sığınacağına 12 psixoloq CƏLB EDİLDİ

25.11.2025

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, noyabrın 19-da “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında 2009-cu il təvəllüdlü Nurcan Cəfərova pəncərədən yıxılaraq ölüb. 

16 yaşlı yeniyetmənin atası hadisədən bir gün əvvəl  ondan imtina edib. 

“Cebheinfo.az” xəbər verir ki, hadisə sığınacaqda yaşayan digər qadın və uşaqların, eləcə də əməkdaşların psixoloji vəziyyətinə mənfi təsir edib. Onlar baş verənlərdən ciddi sarsıntı keçiriblər. “Təmiz Dünya” İctimai Birliyi yaranmış vəziyyət dərhal müdaxilə edərək sığınacağa əlavə 12 psixoloq cəlb edib. 

Psixoloqlar sığınacaqda həm qrup, həm də fərdi görüşlər keçirir, sakinlərin psixoloji vəziyyətinin stabilləşdirilməsi, travmanın təsirinin azaldılması istiqamətində işlər aparılır. Hazırda psixoloji yardım prosesi davam edir. Hadisə ilə bağlı araşdırmalar aparılır. 

Gülər
“Cebheinfo.az”

 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью