Qadın sürücü binanın girişində qəza törətdi; avtomobillə azyaşlı velosipedçini vurdu VİDEO

09.06.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Avtomobil azyaşlı velosipedçini vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Leninqrad vilayətində baş verən hadisə binanın müşahidə kamerası tərəfindən qeydə alınıb.

Belə ki, qadın sürücü idarə etdiyi avtomobillə yaşayış binasının girişində velosiped sürən azyaşlını vurub.  Zərbənin təsirindən azyaşlı avtomobilin altına yıxılıb və bir neçə metr sürüklənib.

Qəza nəticəsində ağır xəsarətlər alan azyaşlı oğlan dərhal xəstəxanaya çatdırılıb. Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Sükan arxasında olan qadın sürücü uşağın qəfil manevr edəcəyini gözləmədiyini və reaksiya verməyə vaxt tapmadığını bildirib.

 Faktla bağlı araşdırma aparılır.

Sözügedən hadisənin anbaan videosunu təqdim edirik:

Namiq Musayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью