Qadın sürücü yol qəzası törədərək ağır xəsarət alıb

15.03.2025

Icma.az, Azxeber.com portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonunda 19 yaşlı gənc qız yol qəzasında xəsarət alıb.

AZXEBER Reporta istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Əliyeva Ayan Zaur qızının idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью