Qadın sürücü zəncirvari qəzaya səbəb oldu, özü isə yaralandı VİDEO

29.01.2026

Avtosfer saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Sumqayıt şəhəri, Nizami küçəsində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın məlumatına görə, qəza yanvarın 28-də axşam saatlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan 10-MU-754 dövlət nömrə nişanlı “Opel” markalı maşın, “Mercedes” markalı avtomobillərlə toqquşub.

İlkin iddialara əsasən, qəzaya “Opel” sürücüsünün ara məsafəsini gözləməməsi səbəb olub. Nəticədə o, qırmızı işıqda dayanmış nəqliyyat vasitələrini vurub, daha sonra isə avtomobili bordürə çıxarıb.

Hadisə nəticəsində hər üç nəqliyyat vasitəsinə və yol infrastrukturuna maddi ziyan dəyib, “Opel” sürücüsü isə yüngül bədən xəsarətləri alıb.

Əraziyə təcili tibbi yardım briqadası və polis əməkdaşları cəlb olunub. 

Qeyd edək ki, qəzaya səbəb olan avtomobili qadın sürücü idarə edib.

Faktla bağlı araşdırma aparılır.

Nərmin

Oxunub 212

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью