Qadın sürücülər yolayrıcında qəza törətdilər VİDEO | Icma.az
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paytaxtın Nəsimi rayonu, 3-cü mikrorayon dairəsində yol-nəqliyyat hadisəsi baş verib.
Avtosfer.az-ın məlumatına görə, qəza mayın 21-də səhər saatlarında qeydə alınıb.
Belə ki, hərəkətdə olan 77-AR-226 dövlət nömrə nişanlı “Hyundai“ markalı maşın, 77-QL-208 dövlət nömrə nişanlı “BYD” markalı avtomobillə toqquşub.
Qəzaya səbəb yolayrıcının keçilməsi qaydasının pozulması olub.
Hadisə zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə maddi ziyan dəyib. Qəza yerinə DYP əməkdaşları cəlb olunub.
Qeyd edək ki, hər iki sürücünün qadın olduğu bildirilib. Nərmin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin
Tam oxu
Xəbəri oxu