Qadın sürücülər yolda davaya çıxdı “Gelandewagen”lə digər maşını sürüdü VİDEO

20.03.2025

Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Yolu bölüşə bilməyən iki qadın sürücü ətrafdakı vətəndaş tərəfindən görüntülənib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Novosibirsk bölgəsində baş verən qeyri-adi hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb.

Kadrlarda qarşı-qarşıya iki avtomobilin dayandığı və bir müddət sonra qara rəngli maşının digərini sıxaraq geriyə hərəkət etdirdiyi görülür.

Hadisə şahidinin sözlərinə görə, avtomobillərin iki qadın sürücüsü biri-birlərinə yol verməyib və inad göstərərək biri digərindən yol verməsini gözləyib.

Lakin səbri çatmayan “Gelandewagen”in xanım sürücüsü digər maşını sıxışdıraraq təxminən 10  metrə yaxın geri hərəkət etdirib və bununla da  kifayyətlənməyərək digər sürücüyə yaxınlaşaraq nalayiq ifadələr işlədib.

Sözügedən insidentin videosunu təqdim edirik:

Namiq Musayev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью