Qadın sürücünün vurduğu 72 yaşlı kişi ÖLDÜ

02.05.2025

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakıda avtomobilin vurduğu 72 yaşlı kişi ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Yasamal rayonu, Nərimanov heykəlinin yanında yaxınlığında qeydə alınıb.

Aprelin 28-də 1979-cu il təvəllüdlü Sevinc Həsənova idarə etdiyi "Nissan Note" markalı avtomobillə piyada 1953-cü il təvəllüdlü Əbdülbaği Həsənovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 72 yaşlı kişi ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью