Cebheinfo saytına istinadən Icma.az xəbər verir. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
Bu barədə “Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva "Cebheinfo.az"-a bildirib.
Onun sözlərinə görə, layihənin təqdimatı Gənclər Evində, H. Əliyev Mərkəzində, Kitabxanada və ofisimizdə keçirilmişdir.
Hesabat dövründə ümumilikdə 27 nəfər psixoloji dəstək üçün müraciət etmişdir.
Onlardan 3 nəfər ailədaxili psixoloji zorakılıq və münasibət travmaları səbəbilə müraciət etmişdir.
Bu şəxslərlə travma sonrası emosional stabilləşmə və təhlükəsizlik hissinin bərpasına yönəlik fərdi iş aparılmışdır.
6 nəfərdə təşviş pozuntusu, narahatlıq və panikaya bağlı əlamətlər müşahidə olunmuşdur.
Bu şəxslərlə nəfəs məşqləri, zehni fokuslanma və koqnitiv çərçivələmə texnikaları tətbiq edilmişdir.