Qadın voleybolçular arasında Azərbaycan çempionatında III turun oyunları keçiriləcək

13.12.2024

Report.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında III turun oyunları keçiriləcək.

"Report"un məlumatına görə, bütün qarşılaşmalar eyni gündə baş tutacaq.

“Milli Aviasiya Akademiyası” - “Abşeron” görüşü saat 15:00-da start götürəcək.

İki saat sonra "Murov Az Terminal” “Gəncə” ilə, UNEC "Azərreyl"lə üz-üzə gələcək.

Qeyd edək ki, iki turdan sonra "Abşeron" 6 xalla liderdir. İkinci sıradakı "Azərreyl"in 5, üçüncü mövqedəki "Murov Az Terminal"ın 4 xalı var. "Milli Aviasiya Akademiyası" 2 xalla dördüncü, "Gəncə" 1 xalla beşinci yerdədir. Xalı olmayan UNEC sonuncu pillədə qərarlaşıb.

Bizim WhatsApp kanalımıza abunə olun

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью