Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar bu gün keçiriləcək

27.03.2025

Icma.az bildirir, Cbcsport portalına istinadən.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVII turun oyunları bu gün keçiriləcək.

Saat 16:00-da UNEC - “Abşeron” və "Murov Az Terminal” - “Azərreyl” matçları baş tutacaq.

Saat 18:00-da isə “Milli Aviasiya Akademiyası” və “Gəncə” komandaları münasibətlərə aydınlıq gətirəcəklər.

İlk qarşılaşma UNEC-in idman zalında, digərləri isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində təşkil ediləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью