Qadın voleybolçular arasında Azərbaycan çempionatında növbəti oyunlar keçiriləcək

04.02.2025

Icma.az, Report.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün IX turun oyunları keçiriləcək.

"Report"un məlumatına görə, bütün qarşılaşmalar eyni gündə təşkil olunacaq.

UNEC - "Gəncə" matçı saat 15:00-da, “Azərreyl” - “Abşeron” görüşü 16:00-da, “Murov Az Terminal” - “Milli Aviasiya Akademiyası” oyunu isə 18:00-da start götürəcək.

Birinci qarşılaşma UNEC-in idman zalında, digərləri Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində gerçəkləşəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью