Qadın voleybolçular arasında Azərbaycan Kubokunun qalibi bəlli olub

05.11.2024

Cbcsport saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Voleybol üzrə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində təşkil olunan Azərbaycan Kubokunda qadınların mübarizəsinin qalib müəyyənləşib.

Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan həlledici oyunda "Gəncə" və "Abşeron" kollektivləri üz-üzə gəliblər.

Qarşılaşma ikincilərin 3:0 (25:18, 25:20, 25:16) hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu gün baş tutan kişilərin final görüşündə “Xilasedici” "Azərreyl"i 3:0 hesabı ilə üstələyərək ölkə kubokunun sahibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью