Qadın voleybolçular arasında ilin son oyunları baş tutdu | Icma.az
sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bu gün Yüksək Liqanın IV turunda Bakıda iki, Gəncədə isə bir oyun keçirilib.
Sport24.az xəbər verir ki, ilk olaraq GİN-in Voleybol Mərkəzində meydana "Abşeron" və "AZERRAIL" klubları çıxıblar.
Gərgin keçən bu görüşdə "Abşeron" 3:1 hesabı ilə qələbə qazanıb. Növbəti oyun Gəncə İdman Sarayında baş tutub.
Bu matçda meydan sahibi "Gəncə" klubu UNEC-i 3:0 hesabı ilə məğlub edib.
Turun və ilin son qarşılaşması isə "Milli Aviasiya Akademiyası" və "Murov Az Terminal" komandaları üz-üzə gəliblər.
GİN-in Voleybol Mərkəzində təşkil olunan bu oyunda 3:1 hesabı ilə "Milli Aviasiya Akademiyası" qalib gəlib.
Oyunların nəticələriYüksək Liqa (qadınlar)IV tur19 dekabr"Gəncə" – UNEC 3:0 (25:8, 25:7, 25:11)Ünvan: Gəncə İdman sarayı"Abşeron" – "AZERRAIL" 3:1 (18:25, 25:21, 25:17, 25:16) "Milli Aviasiya Akademiyası" – "Murov Az Terminal" 3:1 (25:20, 23:25, 25:21, 25:19)Ünvan: GİN-nin Voleybol Mərkəzi Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu