Qadın voleybolçular arasında ölkə çempionatında yarımfinal mərhələsinə start verilib

16.04.2025

Icma.az, Cbcsport portalına istinadən məlumatı açıqlayır.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında yarımfinal mərhələsinə start verilib.

İlk olaraq "Abşeron" və "Gəncə" komandaları üz-üzə gəliblər.

Qarşılaşma birincilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

“Milli Aviasiya Akademiyası” - "Azərreyl" matçında isə ikincilər 3:2 hesabı ilə qalib gəliblər.

Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

Qeyd edək ki, bu raundun ikinci oyunları aprelin 17-də baş tutacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью