Qadın voleybolçular arasında Yüksək Liqada I turun oyunları keçirilib AZƏRTAC

03.12.2024

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 3 dekabr, AZƏRTAC

Qadın voleybolçular arasında Yüksək Liqa start götürüb.

AZƏRTAC xəbər verir ki, I turun görüşləri Bakı və Gəncədə keçirilib. Gəncə İdman Sarayında “Gəncə”nin qonağı “Abşeron” komandası olub. Bakıda isə Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində “Milli Aviasiya Akademiyası” və “Azərreyl”, “Murov Az Terminal” klubunun idman zalında “Murov Az Terminal” UNEC-lə üz-üzə gəlib. Hər üç qarşılaşmada 3:0 hesabı qeydə alınıb.

Qadın voleybolçuların Yüksək Liqasında növbəti turun oyunları dekabrın 6-7-də keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью