Qadın voleybolçular arasında Yüksək Liqada II tura yekun vurulacaq

07.12.2024

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tur başa çatacaq.

Sonuncu oyunda Gəncədə keçiriləcək.

Şəhərin eyni adlı komandası “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Azərreyl" "Murov Az Terminal"ı (3:2), "Abşeron" isə UNEC-i (3:0) məğlub edib.

"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью