Qadın voleybolçular arasında Yüksək Liqada II tura yekun vurulacaq

07.12.2024

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bu gün qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında II tur başa çatacaq. SİA-nın məlumatına görə, sonuncu oyunda Gəncədə keçiriləcək.

Şəhərin eyni adlı komandası “Milli Aviasiya Akademiyası”nı qəbul edəcək. Qarşılaşma saat 15:00-da start götürəcək.

Qeyd edək ki, turun əvvəlki görüşlərində "Azərreyl" "Murov Az Terminal"ı (3:2), "Abşeron" isə UNEC-i (3:0) məğlub edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью