Qadın voleybolçuların Yüksək Liqasının qalibi bu gün müəyyənləşəcək

24.04.2025

Cbcsport saytından alınan məlumata görə, Icma.az bildirir.

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasının qalibi bu gün müəyyənləşəcək.

Finalın ikinci görüşündə “Abşeron” “Azərreyl”lə üz-üzə gələcək.

Qarşılaşma Milli Gimnastika Arenasında, saat 15:00-da başlayacaq. Komandalar arasında baş tutan finalın ilk matçında “Abşeron” 3:0 hesablı qələbə qazanmışdı.

Qeyd edək ki, reqlamentə görə, qalib iki oyunun nəticəsinə əsasən müəyyən olunacaq. İki qarşılaşmadan sonra tərəflər hərəyə bir qələbə qazanarlarsa (xallar da bərabər olarsa), “qızıl set” oynanılacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью