Qadın yığmamız üçün vacib oyun

05.06.2026

Icma.az, sport24.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti matçına çıxır. Sport24.az xəbər verir ki, yığmamız Sumqayıtda Macarıstanla üz-üzə gələcək.

Mehdi Hüseynzadə adına stadionunda baş tutacaq görüşün start fiti saat 18:00-da səslənəcək.

Qeyd edək ki, C Liqasının 3-cü qrupunda yer alan komandamız qrupun əvvəlki görüşlərində Andorranı (3:1 2:0) hər iki oyunda məğlub edib. Bakıdakı ilk görüşdə Şimali Makedoniyanı (2:0) üstüləyən Siyasət Əsgərovun yetirmələri səfərdə Macarıstana 0:1 hesabı ilə uduzub.

Yığmamız 4 oyundan sonra 9 xalla qrupda ikinci pillədə yer alıb. Macarıstan (10 xall) birinci, Şimali Makedoniya (3 xal) üçüncü, Andorra (1 xal) dördüncüdür.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью