Qadına lotoreya bileti hədiyyə etdilər 4 milyon uddu

07.02.2025

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


ABŞ-da bir qadın atasından hədiyyə olaraq lotereya bileti alıb və nəticədə cek-pot udub.

Bakupost.az xəbər verir ki, Miçiqan ştatından 26 yaşlı qadının atası “Möhtəşəm an” lotereya bileti almaq qərarına gəlib. Qadının sözlərinə görə, o, hədiyyədən çox təəccüblənsə də, minnətdarlıqla qəbul edib.

Qoruyucu təbəqəni siləndə nəticəni görən qadın şoka düşüb: biletdə 4 milyon dollar uduş çıxıb.

“Mən çoxlu duyğulandım, qışqırdım, ağladım. Dörd milyon dollar qazandığım üçün şokda idim və hələ də bu şoku yaşayıram".

Şanslı qalib öz mükafatını təxminən 2,7 milyon dollar məbləğində birdəfəlik ödəmə kimi götürmək qərarına gəlib.

Aygün Musayeva, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью