Qadını bıçaqlayıb, maşınla üstündən keçdi

22.11.2024

Sia Az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Goranboyda bıçaqlanma hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə rayonun Nərimanlı kəndi ərazsində qeydə alınıb. Lerik rayon sakini 1990-cı il təvəllüdlü İbrahimov Samir Akif oğlu Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Fərəcova Gözəl Rasim qızını bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub. Onun sonra avtomobillə qadının üstündən keçdiyi bildirilir.

G. Fərəcova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью