Manset portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Ali Məhkəmədə hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Katib Həsənovun (şərti) barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Manset.az Pravda.az-a istinadən xəbər verir ki, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, şikayət təmin edilməyib. İttihama görə, Katib Həsənov tanışı, zərərçəkmiş Jalə Mədətova (şərti) ilə birlikdə olarkən müxtəlif
O, 1 avqust 2023-cü il tarixdə zərərçəkmiş şəxsdən 800 manat pul tələb edib.
Jalə isə bu barədə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət ünvanlayıb.
Müraciəti əsasında qeyd edilən İdarənin əməkdaşları tərəfindən 2023-cü il 3 avqust tarixdə keçirilən əməliyyat-axtarış tədbiri zamanı Katib Binəqədi rayonu ərazisində Jalədən 800 manatı alandan sonra saxlanılıb.
Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Katib Həsənova şərti cəza verilib. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib.