Qadını marketin qarşısında döydülər, əlil oldu HADİSƏ ANI

03.11.2026

Icma.az bildirir, Lent az saytına əsaslanaraq.

Türkiyənin Nevşehir şəhərində marketin qarşısında gözləyən qadın tanımadığı kişinin hücumuna məruz qalıb. Qulaq nahiyəsinə vurulan güclü şillədən sonra qadında eşitmə qabiliyyəti yoxa çıxıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, hadisə Kapucubaşı məhəlləsində baş verib. İşdən sonra alış-veriş etmək üçün marketə gələn 46 yaşlı S.E.-yə arxadan yaxınlaşan 38 yaşlı Tolqa Ç. onun üzünə, sol qulağına şillə vurub.

Müşahidə kamerasına düşən görüntülərdə kişinin qadını vurduqdan sonra sürətlə uzaqlaşdığı görünür.

Hadisədən sonra danışan qadın hücum zamanı böyük qorxu və çaşqınlıq yaşadığını bildirib:

“Marketin qarşısında gözləyərkən heç tanımadığım biri mənə şillə vurdu. Həmin an nə baş verdiyini anlamadım. Məni niyə vurdun? deyə qışqırdım, amma arxasına belə baxmadan qaçırdı. Ətrafdakılar onu tutdular. Başım gicəlləndi. Market işçiləri təcili yardım çağırdıqdan sonra mənə su verdilər. Təcili yardımla xəstəxanaya getdim”.

Qadının sözlərinə görə, hadisədən sonra qulağında eşitmə problemi yaranıb və müalicəsi davam edir.

“Hazırda qulağım tam eşitmir. Həkim hər ay müayinəyə gəlməli olduğumu deyir. Ondan məni niyə vurduğunu soruşanda yalnız üzr istəyirəm cavabını verir. Mən də ondan şikayətçi oldum. Üzr istəməklə olmur”, - deyə S.E. bildirib.

Polis hadisədən sonra Tolqa Ç.-ni saxlayıb. Onun əvvəllər altı cinayət faktı üzrə polis qeydiyyatına düşdüyü məlum olub.

Şübhəli ifadəsində qadını qəsdən vurmadığını, qolunun təsadüfən ona dəydiyini iddia edib.

Tibbi rəydə qadında eşitmə itkisinin müəyyənləşdirildiyi, həyatına təhlükə olmadığı bildirilib. Bununla yanaşı, xəsarətin sadə tibbi müdaxilə ilə aradan qaldırıla biləcək dərəcədə yüngül olmadığı qeyd edilib.

Məhkəməyə çıxarılan Tolqa Ç. barəsində həbs qərarı verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью