Qadını şantaj edən gənc həbs olundu

10.10.2026

Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakıda qadını şantaj edən gənc həbs olunub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

İnternet vasitəsilə tanış olduğu qadınla hoteldə görüşən şəxs onun görüntülərini lentə alıb. Daha sonra görüntüləri qadına göndərərək yayacağı ilə hədələməklə 2 dəfə (müvafiq olaraq 20 və 80 manat) pul alıb.

Qadının polisə şikayət etməsindən sonra S.Məmmədov (şərti) həbs edilib. Onun barəsində Cinayət Məcəlləsinin 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə iş açılıb.

İşin materialları baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə məlum olub ki, cinayət işinin materiallarında çatışmazlıq var. Bu səbəbdən işə baxılmayıb və materiallar Sabunçu Rayon Prokurorluğuna qaytarılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью