Qadını vurub hadisə yerindən qaçan sürücü SAXLANILIB VİDEO

28.08.2026

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Bu gün səhər saatlarında Abşeron rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Bizim.Media xəbər verir ki, qəza zamanı “Chevrolet” markalı avtomobilin sürücüsü 35 yaşlı piyadanı vurub.
Piyada aldığı xəsarətlərdən ölüb. Sürücü isə hadisə yerindən yayınıb. 
 

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə yol nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən sürücü müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı sürücünün yetkinlik yaşına çatmayan şəxs olduğu müəyyən edilib. 


Faktla bağlı istintaq araşdırmaları aparılır.

Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью