Qadını vurub öldürən avtobus sürücüsü intihar etdi

10.12.2024

Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qazaxıstanın Rudnı şəhər avtovağzalının yaxınlığında avtobus 60 yaşlı qadını vuraraq öldürüb. Onu vuran 62 yaşlı avtobus sürücüsünün meyiti qəzadan bir gün sonra tapılıb.

Avtosfer.az yerli mediaya istinadla bildirir ki, sürücünün ölümü ilə bağlı məlumat polis tərəfindən təsdiqlənib.

Qeyd olunub ki, dekabrın 7-də mənzildə 62 yaşlı kişinin cəsədi tapılıb. İlkin məlumatlara görə, o, özünü asaraq intihar edib.

Hadisənin hansı şəraitdə baş verdiyi aydınlaşdırılır.

(lent.az)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью