Sfera.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Aisat (İngiltərə) adlı London sakini “Zara” paltarını necə geyinəcəyini anlamaq üçün çəkdiyi mübarizəni paylaşdıqdan sonra sosial media ulduzuna çevrilib.
Sfera.az bildirir ki, Aisat adlı bloqqerin videosu qısa zamanda internetdə yayılaraq milyonlarla baxış və yüzlərlə şərh toplayıb.
Belə ki, Aisat satışda “Zara ZW Collection” Printed Midi paltarı alıb, lakin gözlənilməz problemlə üzləşib – üslub o qədər qarışıq olub ki, qız sadəcə onu necə geyinəcəyini anlaya bilməyib.
"Çəkmələri gözləyərkən bir qızın onu götürüb tez oradan uzaqlaşdığını gördüm. Anidən mən də bu paltardan istədim”.
Çarəsiz qalan qız kömək üçün “TikTok” istifadəçilərinə müraciət edərək, paltarın sirrini açmaq cəhdlərinin videosunu yayımlayıb.
15,4 milyon dəfə baxılan videoda qız çaşqınlıqla paltara baxaraq, qollarının harada olduğunu və onu necə düzgün geyinəcəyini anlamağa çalışıb.
Aisat qızğın müzakirələrə səbəb olan videoda "Başımın hara olduğunu, əllərimin hara getməli olduğunu bilmirəm.