Icma.az, Sia Az saytına istinadən bildirir. “Ailə müqəddəsdir, amma ailənin başçısına dəyər verildiyi və hörmət qoyulduğu halda”.
Bu sözləri SİA-ya açıqlamasında müğənni Ofelya Şabanova deyib.
Ofelya Şabanova sözlərinə belə davam edib: “Hər zaman demişəm ailənin başçısı məcazi formada evin "ALLAHIDIR".
Ailə kiçik dövlətdir, başçısı "dövləti" düzgün idarə etdiyi halda, qərarları haqlı verdiyi halda.
Qadının borcudur ailənin başçısına itaət və hörmət etsin. Əks halda, o ailədə ruzi bərəkət və mehribançılıq olmaz.
İslam dinində də haqlar ailənin başçısına verilib. "Kişinin qadın tərəfindən şiddət görməsi" cümləsini mən dərk edə bilmirəm.
Kişi adı onun üzərindədir. Kişi kimidə ailəni ağılla idarə etməlidir. Bəli "qadın" hər an kişini alçalda, rüsvay edə bilər.
Bu da o qadının ailə qurana qədər yaşadığı, böyüdüyü ailədə tərbiyənin necə almağından irəli gəlir.