Qadının böyrəklərindən 100 dən çox daş çıxarıldı

14.11.2025

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Həkimlər nadir əməliyyata imza ataraq, bir qadının hər iki böyrəyindən 100-dən çox daş çıxarıb.

AzPost xəbər verir ki, Moskva şəhər Səhiyyə Departamentinin “MK” nəşrinə verdiyi məlumata görə, 51 yaşlı qadında problem dispanser müayinəsi zamanı aşkarlanıb. O, dərhal Buýanov adına xəstəxanaya yerləşdirilib. Qadın özü isə bu diaqnozu eşidəndə çox təəccüblənib, çünki bu müddət ərzində heç bir ağrı və narahatlıq hiss etməyib.

Həkimlər bütün daşları laparoskopik üsulla çıxarıb və sidiyin böyrəkdən sidik axarına keçid bölgəsində daralmaya səbəb olan hissəni də korreksiya ediblər. Mütəxəssislərin sözlərinə görə, bu müdaxilə gələcəkdə oxşar vəziyyətin təkrarlanmaması üçün vacib addım hesab olunur.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью