Qadının həbsdəki ərinə zəng etmişdi, özü də həbs edildi | Icma.az
Qafqazinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Noyabrın 7-də Qəbələ rayonunda qadına qarşı xuliqanlıq etmiş 36 yaşlı S.Səlimov həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Qəbələ Rayon Məhkəməsinin qərarı ilə S.Səlimova 12 sutka inzibati həbs cəzası verilib.
Araşdırmalar zamanı məlum olub ki, Qəbələnin kəndlərindən birində yaşayan S.Səlimov digər kənddə yaşayan Vüsalə (şərti) ilə münasibət qurub və gizli sevgi yaşayıblar.
Bir müddət sonra evli şəxslər arasındakı münasibət pozulub və Vüsalə S.Səlimovla görüşməkdən imtina edib.
Bundan sonra qadın ondan əl çəkməyən şəxsdən polisə şikayət edib və onun barəsində inzibati tənbeh tədbiri görülüb.
Amma S.Səlimov qadını narahat etməyə davam edib, Vüsalə bu barədə onun ailəsinə bildirib.
3 uşaq atası olan S.Səlimov isə əsəbiləşərək Vüsalənin həbsdə olan ərinə zəng edib, arvadı ilə sevgi münasibəti yaşadığını deyib.
Tam oxu
Xəbəri oxu