Icma.az, Bizim media saytına istinadən bildirir.
Rusiyada mənzildə soyuducuda qadın meyiti tapılıb.
Bizim.Media xəbər verir ki, hadisə Volqoqrad vilayətinin Voljski şəhərində Kirov küçəsindəki çoxmənzilli binada baş verib.
“Baza” teleqram kanalının məlumatına görə, cəsədi kommunal borc sayəsində aşkar edilib. Belə ki, mənzildə elektrik kəsilib və dözülməz bir qoxu yayılıb.
Qonşuların şikayətindən sonra mənzilə baxış keçirilib və soyuducuda ölü qız tapılıb. Güman edilir ki, o, ora bütöv və dondurulmuş vəziyyətdə qoyulub.
Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi ("Qətl") ilə cinayət işi açılıb.
Bizim.Media