Qadının ölümünə görə həkimə cinayət işi açıldı

11.12.2024

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

Bakıda qadının ölümünə səbəb olmaqda təqsirləndirilən həkim-anestezioloq Babək Mahmudova cinayət işi başlanılıb.

Modern.az xəbər verir ki, 29 yaşlı Aybəniz Almuradova bu ilin iyunun 11-də qadın liposaksiya əməliyyatı üçün “Reo-Med” klinikasına müraciət edib və iyulun 2-də ölüb.

Onun ölümü ilə bağlı Binəqədi rayon Prokurorluğunda araşdırmalara başlanılıb. Araşdırmaların nəticəsində həkim-anestezioloq Babək Mahmudova Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə ittiham verilib.

Babək Mahmudov barəsində aparılan cinayət işinin istintaqı başa çatıb və baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью