Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.
Karlos Alkaras “Böyük dəbilqə” turnirlərində 10 dəfə yarımfinala çıxan ən gənc ikinci tennisçi oldu.
"Football-plus.az" xəbər verir ki, ispaniyalı yanvarın 27-də 1/4 fonalda avstraliyalı Aleks de Minauru məğlub etdi. Bu göstəricidə rekordçu 22 yaş 3 aylığında 10 dəfə yarımfinala çıxan Rafael Nadaldı. Alkaras isə bunu 22 yaş 8 aylığında bacardı.
1/4 final oyunlarından birində maraqlı hadisə baş verdi. Novak Cokoviç ilk iki setdən sonra Lorentso Muzettiyə uduzsa da, ağrılar hiss edən italiyalı tennisçi mübarizədən çəkildi. Belədə “Australian Open”dəki 103-cü qələbəsini qazanan 38 yaşlı serb ulduz Rocer Federerin bu göstəricidəki rekordunu (102) yenilədi. Bu gün keçiriləcək yarımfinal oyunlarında Alkaras Zverevlə, Cokoviç Sinnerlə qarşılaşacaq.
Qadınların turnirində isə artıq finalçlar bəllidi. Qalib Sobolenko – Rıbakina duelində müəyyənləşəcək.
Kişilər
1/4 final
Zverev (Almaniya, 3) – Tin (ABŞ, 25) 6:3, 6:7 (5:7), 6:1, 7:6 (7:3)
Alkaras (İspaniya, 1) - De Minaur (Avstraliya, 6) 7:5, 6:2, 6:1
Cokoviç (Serbiya, 4) - Muzetti (İtaliya, 5) - 4:6, 3:6, 3:1 imtina
Sinner (İtaliya, 2) - Şelton (ABŞ, 8) 6:3, 6:4, 6:4
Qadınlar
1/4 final
Sobolenko (Belarus, 1) - Yoviç (ABŞ, 29) 6:3, 6:0
Svitolina (Ukrayna, 12) - Qauff (ABŞ, 3) 6:1, 6:2
Pequla (ABŞ, 6) – Anisimova (ABŞ, 4) 6:2, 7:6 (7:1)
Rıbakina (Qazaxıstan, 5) - Sventek (Polşa, 2) 7:5, 6:1
yarımfinal
Sobolenko (Belarus, 1) - Svitolina (Ukrayna, 12) 6:2, 6:3
Rıbakina (Qazaxıstan, 5) - Pequla (ABŞ, 6) 6:3, 7:6 (9:7)