Qadınlar bu simptomlara mütləq fikir verməlidir! Kardioloqlardan xəbərdarlıq

17.11.2024

Icma.az, Saglamolun portalına istinadən məlumat verir.

Qadınlarda ürək tutması kəskin simptonlar olmadan baş verir, xəstələr isə kiçik naxoşluqlara məhəl qoymağa meylli deyil. Amma bu, ölümcül təhlükəli ola bilər.

Publika.Az xəbər verir ki, amerikalı kardioloqlar qadınları ürək xəstəliklərinə daha diqqətli olmağa səsləyib. Həkimlər qeyd edib ki, qadınlarda ürək tutmaları kişilərdəki kimi intensiv deyil. Odur ki, qadınlar ölümcül ola biləcək simptomlara məhəl qoymur.

Kardioloqların sözlərinə görə, adi hərəkətlərin yerinə yetirilməsində təngənəfəslik yaranırsa, diqqətli olmaq lazımdır. Xüsusilə təngənəfəslik simptomlarını yüksək təzyiq və beldə ağrılar müşayiət edirsə, vəziyyət ciddidir.

Çiyinlərdə, boyunda, sol əldə, boğazda və çənədə ağrı ürək tutmalarının əlamətləri ola bilər. Əgər belə naxoşluq üçün başqa səbəb yoxdursa, həkimə müraciət etməyə tələsin. Xüsusilə dinc vəziyyətdə nəbzin artıması, başgicəllənmə, ürək bulanması kimi hallar baş verirsə.

Xroniki yorğunluq, sinədə ağrı və təzyiqin qalmxmasını hiss edirsinizsə, səbəbsiz həyəcanlanırsınızsa, müayinədən keçməyə dəyər. Adətən qadınlarda ürək problemi klimaks və menopauzadan sonra başlayır.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью