Qadınlar Dəmir dövrü: Britaniyada gücün zirvəsi | Icma.az
Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Təxminən 2 min il əvvəl, Roma imperiyası Britaniyanı hələ işğal etməmişkən qadınlar Dəmir dövrü cəmiyyətinin tam mərkəzində idi.
Yeni genetik araşdırma həmin dövrdə qadınların həm sosial, həm də siyasi baxımdan böyük gücə sahib olduğunu göstərir.
Qaynarinfo "Science Alert"ə istinadən xəbər verir ki, tədqiqatçılar Britaniyanın cənubunda birlikdə dəfn edilmiş təxminən 50 kelt britaniyalının DNT-sini analiz ediblər.
Əldə edilən nəticələr bu cəmiyyətlərdə nəsil davamlılığının əsasən qadın xətti ilə keçdiyini ortaya qoyur.
Araşdırmaya görə, Roma işğalından əvvəl və sonra yaşamış bu böyük qohum qrupunun 2/3-dən çoxu eyni qadın əcdada dayanır.
Üstəlik, bu qrupda qohum olmayan fərdlərin 80 faizi kişilər olub.
Qadınlar evlilikdən sonra yaşayış yerini müəyyən edirdi Dublindəki Triniti Kollecindən genetik alim Lara Kessidi bununla bağlı deyir: "Bu tapıntılar göstərir ki, evlilikdən sonra kişilər həyat yoldaşlarının cəmiyyətinə qoşulurdu və torpaq kimi mülklər qadınlar vasitəsilə miras qalırdı.
Tam oxu
Xəbəri oxu