Qadınlar insanları qoxusu əsasında dəyərləndirirmiş Elmi araşdırma

21.04.2025

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Qadınlar kimisə bəyənib-bəyənmədiklərini onların qoxusu əsasında müəyyənləşdirə bilər.

Ölkə.Az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-nin Kornell Universitetində araşdırma aparılıb.

Tədqiqat komandası "sürətli tanışlıq" təcrübəsində iştirak edən 18-30 yaş arası 40 qadının cavablarını təhlil edib.

Tanışlıqdan əvvəl qadınlara qarşı tərəfin köynəyini iyləmək və onların qoxularını qiymətləndirmək tapşırılıb.

Qadınlar qoxu əsasında qarşılaşdıqları insanları nə dərəcədə bəyənib-bəyənməyəcəkləri barədə fərziyyələrini irəli sürüblər.

Tədqiqat zamanı yeni insanla tanış olan qadınlara 4 dəqiqə vaxt verilib. 

Həmçinin qadınların hər adamla üz-üzə görüşdükcə o şəxsin qoxusu ilə bağlı qiymətləndirmələri də dəyişib. Əgər söhbət yaxşı getsə, o şəxsin tişörtünün qoxusu daha yaxşı kimi qiymətləndirilib. Söhbət o qədər də yaxşı alınmayıbsa, bu zaman qoxunun yaxşı olmadığı bildirilib.

Billurə Yunus

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью