Qadınlar niyə imam olmur? Din, mə KONKRET

28.01.2026

Konkret.az saytından alınan məlumata görə, Icma.az bildirir.

İslam dininə görə, qadının din xadimi, imam və ya müctəhid olması mümkün deyil. Ölkəmizdə İlahiyyat İnstitutu, bundan əlavə İslam kolleci də daxil olmaqla 5 dini təhsil müəssisəsi fəaliyyət göstərir. Yəni bu təhsil müəssisələrində kişilərlə yanaşı, qadınlar da təhsil alır. Maraqlıdır, qadınlar niyə din xadimi kimi yetişmirlər? Bunun səbəbi nədir?

Tural İrfan

Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında ilahiyyatçı Tural İrfan bildirib ki, İslam dinində qadına böyük hüquq verilib.

“Sadəcə sonradan dini təhrif ediblər və qadının hüquqlarını məhdudlaşdırıblar. Məzhəblər formalaşıb və insanlar fərqli formada inanca sahib olub. Cərir Təbərinin adı ilə bağlı olan Cəriri məzhəbi orta əsrlərdə yaşayıb. O məzhəbə görə qadın hakim, müctəhid, alim, imam ola bilərdi. Mühafizəkarlar təbii ki, bunu qəbul etmədi və məzhəb də tarixə qovuşdu”.

İlahiyyatçı qeyd edir ki, təəssüf ki, bu gün dünyada əsas hakim inanc uydurulan dindir.

“ Əsl din elmə və vəhyə, uydurma din isə xurafata və mövhumata dayanır. Uydurma dində qadın imam ola bilməz. İnanclıların hərəsi bir müctəhidə təqlid edir. Müctəhidlərinin də çoxu İran və İraqdadır. Siyasi islamın təmsilçisidirlər. Müstəqil düşünən müsəlman barmaqla sayılacaq qədərdir”.

T.İrfan əlavə edir ki, Dini təhsil alan qadınlar ilahiyyatçı ola bilərlər.

“Eyni zamanda məscidlər və ziyarətgahlarda dini ayinlərin icraçısı kimi fəaliyyət göstərmələri mümkündür. Qadının imam olma imkanının məhdud olmasını onun ağır məsuliyyətdən qurtarma ilə izah etmək olar. Qadın həssas və zərif olduğu üçün imamlıq da hər cür xarakterli insanlarla ünsiyyəti gərəkdirdiyindən qadınlara bu iş tövsiyyə edilməyib”.

Aynurə İsmayıl
KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью