Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Problem çox vaxt kişilərdə yox, qadınların gözləntilərində olur.
Bakıvaxtı.az "Gazeta.ru"ya istinadən xəbər verir ki, bunu Ailə Psixologiyası İnstitutunun rəhbəri, psixoloq İnna Mirnaya deyib.
Psixoloqun sözlərinə görə, sosial şəbəkələr və tanışlıq proqramları vəziyyəti çətinləşdirir:
"Qadınlar bəzən elə şeylər istəyirlər ki, bir kişidə hamısı birlikdə olmur. Qadın istəyir ki, kişi güclü və qətiyyətli olsun, həmişə onun dediyi ilə razılaşsın, müstəqil olsun, onun hər sözünə həssas yanaşsın, çox pul qazansın, həm də bütün günü onun yanında olsun. Ayrı-ayrılıqda bu istəklər normaldır. Amma hamısı bir yerdə olanda heç bir kişi bu tələblərə cavab verə bilmir".
Mirnaya qeyd edib ki, bəzən qadınlar rədd edilməkdən qorxduqları üçün kişilərdə qüsur axtarırlar. Kişini bəyənməyərək münasibəti özləri bitirirlər ki, sonra "o məni bəyənmədi" deyib üzülməsinlər.
"Başqa bir problem isə odur ki, münasibət bərabər yox, "kim güclüdür" yarışı kimi görülür. Qadın kişidən həmişə onu heyran etməyi, hədiyyələr almağı, statusunu sübut etməyi gözləyir. Belə olanda cütlükdə sevgi yox, güc davası olur. Sağlam münasibət üçün "kim kimə layiqdir" yarışı yox, iki insanın bir-birini anlaması lazımdır", - deyə psixoloq əlavə edib.
Gülşən Şərif