Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Son illər qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınların sayı artıb.
Hətta həkim analizlərindən yüksək nəticə ilə çıxan və ciddi problemi olmayan qadınlarımız belə, qeysəriyyə əməliyyatına üz tuturlar.
Ümumiyyətlə, qeysəriyyə əməliyyatı nədir? Niyə xanımlarımız təkidlə qeysəriyyə əməliyyatına üstünlük verirlər?
Lent.az hamilə qadınların təbii doğuşdan qaçmaq səbəbləri barədə araşdırma aparıb.
Hər bir cərrahi müdaxilə insan orqanizmində müəyyən izlər qoyur. Qeysəriyyə əməliyyatı da istisna deyil.
Hazırda bu əməliyyat dünyada ən çox yayılmış on əməliyyatdan biri hesab edilir.
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ildə ölkə üzrə 111,8 min doğuş qeydə alınıb.