Qadınlar ona necə səs verə bilər? Madonna Trampın qələbəsindən hiddətləndi | Icma.az
Icma.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır. ABŞ seçkiləri başa çatıb. Donald Tramp ABŞ-nin 47-ci prezidenti oldu.
Trampın qələbəsindən sonra dünyaca məşhur ulduzlar bir-birinin ardınca açıqlamalar verib.
Madonnadan isə təhqiramiz yazı gəlib.Sherg.az xəbər verir ki, Donald Trampın Kamala Harris üzərində seçkilərdə qalib gəlməsindən sonra Hollivudun məşhur adları kədərlərini dilə gətirib.
Ən sərt reaksiya isə məşhur müğənni Madonnadan gəlib.Madonna İnstaqram hesabında Trampı söyərkən çəkdirdiyi fotosunu paylaşıb: "İqtisadiyyata xeyirli olduğu səbəbi ilə məhkum edilmiş cinayətkar, təcavüzkar, fanat bir insanın niyə ölkəmizi idarə etmək üçün seçildiyini anlamağa çalışmalıyam?".Daha bir paylaşım edən 66 yaşlı Madonna İnstaqramda üsyan edib.
Madonna paylaşımında aşağıdakı ifadələrdən istifadə edib:Bu səhər oyandım və ağlıma gələn ilk fikir "Amerika qadınlara nifrət edir!" oldu.
Söhbət ondan getmir ki, mən həmişə qadın düşmənliyinin qəzəbini boynumda hiss etmirəm.Aşağı pilləkənlərlə qızımın sinif otağına getdim.
Onlar evdə təhsil alırdılar - elm testləri verirdilər. İkisini də qucaqlayıb ağlamağa başladım.
Seçkidən çox üzülüblər və onların cəmi 12 yaşı var!!! Onlar Malavidən övladlığa götürülüblər.
Tam oxu
Xəbəri oxu