Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Son dövrlərdə sosial şəbəkələrdə ailədaxili zorakılıq halları ilə bağlı məlumatlara tez-tez rast gəlinir.
Yeniavaz.com xəbər verir ki, açıqlanan rəsmi məlumatlara görə, ötən il Azərbaycanda ailə münaqişəsi nəticəsində 1 451 cinayət qeydə alınıb.
Qeyd edək ki, ötən il baş verən ailədaxili zorakılıq hallarının 42-si ölümlə nəticələnib.
Bəs, görəsən, ailədaxili zorakılıqların başlıca səbəbləri nələrdir və bu halların qarşısını necə almaq olar?
Mövzu ilə bağlı Yeniavaz.com-a danışan psixoloq Aynur İsgəndərova bildirir ki, ailədaxili zorakılıq halları çox vaxt zorakılığı törədən şəxsin emosional balanssızlığı və nəzarət etmə ehtiyacından qaynaqlanır.
Onun sözlərinə görə, bunun ən əsas səbəblərindən biri uşaqlıq travmalarıdır: “Belə insanlar çox vaxt uşaqlıqda müəyyən zorakılığa məruz qalır, ailədə laqeyd münasibət görürlər.
İstər-istəməz, bu travmalar sonrakı ailə münasibətlərinə də təsir göstərir. Bundan əlavə, ailə modeli də önəmli rol oynayır.